• 10:07

Ağstafada əhalinin koronavirusa qarşı vaksinasiyası davam edir

20 Fevral 2021, 12:23

Ağstafada əhalinin koronavirusa qarşı vaksinasiyası davam edir. Artıq vaksinasiyanın birinci mərhələsində risk qrupuna daxil olan səhiyyə işçiləri peyvənd olunub. Respublikamızın hər yerində olduğu kimi, Ağstafa rayonunda da yaşı 65-dən yuxarı olan şəxslərin vaksinasiya prosesi davam edir. İlkin olaraq Ağstafaya 670, sonra isə 3300 dozada vaksin gətirilib. Əvvəlcə tibb işçilərinin vaksinasiyasına başlanılıb. Fevralın 21-ən başlayaraq bu günədək peyvəndləmə prosesində 1379 rayon sakini iştirak edib.

 

Peyvənd üçün Ağstafa Rayon Mərkəzi Xəstəxanasının ailə sağlamlıq mərkəzində  6 xüsusi otaq ayrılmışdır. Burada gözləmə, qeydiyyat, peyvənd və postvaksinal-gözləmə otaqları ilə yanaşı, vaksinasiyadan sonra səhhətində hər hansı problem yarana biləcək şəxslər üçün təcili yardım otağı da yaradılıb.

 

Peyvəndə görə qeydiyyatdan keçməli olub, lakin kompüterdən istifadə edə bilməyən vətəndaşlara rayonun ailə sağlamlıq mərkəzində yardım edilir