• 09:27

Suqovuşan istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Fariz Qurbanov

22 Fevral 2021, 17:03

Böyüyüb boya başa çatdığı evdə Azərbyacanın 3 rəngli bayrağı dalğalanır. Şəkilləri isə evin divarlarını, otaqları bəzəyir. 44 günlük Vətən müharibəsində Goranboyun Qızılhacılı qəsəbə sakini Fariz Qurbanovda şəhidlik zirvəsinə ucaldı. 23 yaşlı gənc, müharibə başlamazadan 1 ay öncə MAXE kimi hərbi xidmətə başlamışdı. Doğmaları Farizin mərd, igid bir oğlan olduğunu deyir. Hətta şəhid olan zaman 20-ə yaxın düşmən əsgərini məhv etməyi də bacarıb.

 

Bir bacının yeganə qardaşı olan Fariz Qurbanov hərkəsin sevimlisiydi.  qorxmazlığı, vətənsevərliyi onu ən uca zirvəyə yüksəltdi. Fariz 28 sentyabr tarixində Suqovuşan istiqamətində şəhadətə qovuşub.

 

Goranboyun Qızılhacılı qəsəbə sakini ölümündən sonra ölkə başçısının sərəncamı ilə “Vətən uğrunda” və “Suqovuşanın azad edilməsinə görə” medalları ilə təltif edilib.