• 22:50

Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərən qazi Cəlil Abuladze

23 Fevral 2021, 11:25

1995-ci il dekabr ayının 24-də Qax rayonunun Turaclı kəndində doğulub boya-başa catmış Cəlil Abuladze muharibənin elə ilk günlərindən könüllü olaraq ordu sıralarına qatılıb. Döyüşlərin qızğın getdiyi vaxtlarda Cəlil hec nədən qorxmadan və cəkinmədən düşmənlə qəhrəmancasına vuruşub.

 

Cəlil Abuladze Füzuli və Qubadlı uğrunda gedən döyüşlərdə yaxından iştirak edib. Okyabr ayının 15-də isə Cəbrayıl rayonu ərazisində yaralanaraq xəstəxanaya göndərilir. 20 günə yaxın müalicə aldıqdan sonra isə o yenidən öz döyüş yoldaşlarının yanına qayıdaraq döyüşlərdə iştirak edib.

 

Qeyd edək ki, Cəlil “döyüşlərdə fərqləndiyinə görə” və  “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.