• 07:29

Tovuzda tarixi abidələrimiz baxımsız vəziyyətə düşüb

06 Aprel 2021, 14:13

Tovuz rayonun Vahidli kəndində yerləşən bir çox tarixi abidlər və həmçinin XII-ci əsrə aid məscid-mədrəsə kompleksi baxımsız vəziyyətdə qalıb, yerli sakinlər bu abidələrlə bağlı dəfələrlə adiyyatı qrumlara müraciət etsələrdə, lakin bu günə qədər mövcud problemin həlli istiqamətimdə heç bir addım atılmayıb.Hətta kənd sakinlərinin sözlərinə görə, burada olan qədim oğuz tayfalarına aid qala yerləri ticarət məqsədi ilə satılıb.

 

Kənd bələdiyyəsinin sədri Sədi Rüstəmov isə qala ərazisində satışa buraxılmış ərazilərin dəyandırıldığnı və mədəniyyət nazirliyinin əməkdaşları ilə birlikdə həmin ərazilərin qorunduğunu bildirib. Bələdiyyə sədri həmçinin qeyd edib ki, icarəyə verilmiş torpaq sahəsi qoruq deyil, biçənək sahəsidir.

 

Sözügedən problemilə bağlı qarşı tərəfdən heç kəsi yerində tapa bilmədik. İnanırıq ki, sujetimizdən sonra qarşı tərəflər məsələ ilə bağlı mövqe bildirəcəklər.