• 07:48

Mingəçevirdə əsən külək bir sıra fəsadlar törədib

06 Aprel 2021, 16:24

Gecə saatlarından güclənən külək Mingəçevirdə də fəsadlar törədib. Şəhərin M.F.Axundov küçəsi 15 ünvanında yerləşən 2 mərtəbəli binanın dam örtüyünü eyvanın üzərinə aşırıb. Təbiət hadisəsi zamanı xəsarət alan olmasada, küçədə hərəkət edənlər üçün təhlükə yaranıb. Şəhər sakinləri bildirib ki, gecə qəfildən güclənən külək bir neçə ünvanda ağacları da sındırıb.

 

Mingəçevirdə küləyin yaratdığı fəsadlar adiyyatı qurumlar tərəfindən aradan qaldırılıb. Eyvanında təhlükə yaranan binanın ətrafı lentlənib, həmin hissə insanların hərəkəti müvəqqəti məhdudlşadırılıb.