• 07:24

Mingəçevirdə itkin düşən şəxsin meyiti Kürdən tapılıb

07 Aprel 2021, 17:09

Mingəçevirdə 34 gün öncə itkin düşən yeniyetmənin meyti Kür çayından tapılıb.

 

17 yaşlı Ruslan Abbasov martın 4-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmamışdı. Yeniyetmənin cansız bədəni bu gün səhər saatlarında çayın Mingəçevirdən keçən hissəsində qayıqların dayandığı ərazidə aşkarlanıb. Meyit sudan çıxarılaraq adiyyatı üzrə təhvil verilib. Yeniyetmənin yaxınları hələki onun ölüm səbəbinin bilinmədiyini bildiriblər.

 

Qeyd edək ki, Mingəçevir şəhər sakini Ruslan Abbasov, 9 saylı orta məktəbin 10-cu sinif şagirdi olub. Faktla bağlı şəhər prokrorluğunda araşdırma aparılır.