• 08:28

Gəncə sakinində silah və narkotik aşkarlanıb

07 Aprel 2021, 17:55

Kəpəz rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş, şəhər sakini,Seymur Quluzadəsaxlanılaraq, RPİ-nə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman çəkisi 1.60 qram  qram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.

 

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində, S. Quluzadənin şəhər ərazisindəki fərdi yaşayış evinə baxış keçirilib. Baxış zamanı fərdi yaşayış evindən, parça torbada1 ədəd, müvafiq sənədi olmayan, qundağı və lüləyi kəsilmiş, atəşə yararlı tüfəng, 2 ədəd patron və sellofan torbada, çəkisi 38.35 qram ram narkotik vasitə olan “tiryək” aşkar edilərək götürülüb.

 

Qeyd edək ki, götürülən maddi sübutlar ekspertiziyaya təqdim edilib, faktla bağlı araşdırmalar davam etdirilir.