• 18:40

Kürdəmirin internetsiz qalan sakinləri

10 Aprel 2021, 12:53

Orta hesabla 400-ə yaxın bu kənddə yaşayır. İllər öncə kəndin internet təminatının həyata keçirilməsi üçün elektron ATS yerləşdirilib. O zamanlar həm kənd əhalisinin sayının azlığı, həm də internetdən çox da geniş şəkildə istifadə edilməməsi baxımından sakinlərin hamısı bu xidmətdən istifadə etməyib. Lakin zaman keçdikcə həm əhalinin artımı, həm də internetin zəruri hala çevrilməsi bu xidmət sahəsinə olan tələbatı da artırıb. Kənd sakinləri bildirirlər ki,  övladlarının onlayn dərslərdə iştirakını təmin etmək və digər zəruri tələbatlarını ödəməkçün məcbur qalıb internet paketləri alırlar ki, bu da onlara çox baha-başa gəlir. Odur ki, sakinlər aidiyyəti orqanlardan köməklik edilməsini gözləyirlər.

 

Qeyd edək ki, sözügedən problem kəndin ümumilikdə deyil,  geriyə qalan kiçik bir hissəsini əhatə edir. Məsələ ilə bağlı “Aztelekom MMC”-yə müraciət etdik. Qurumun rəsmisi Novruz Şabanov bildirdi ki, hər bir yaşayış məntəqəsinin telekommunikasiya şəbəkəsi orada yaşayan əhalinin sayı və potensial artımı nəzərə alınmaqla tikilir. Bir müddət keçdikdən sonra ərazidə evlərin sayı kifayət qədər artır, küçələr salınır, nəticədə yaşayış ərazisi xeyli genişlənir. Belə hallarda şəbəkə genişləndirilməli və mövcud avadanlığın tutumu artırılmalıdır.

 

Novruz Şabanov sözlərinə onu da əlavə edib ki, sakinlərin telekommunikasiya xidmətləri ilə təmin edilməsi işləri davamlı və ardıcıl şəkildə aparıldığından Sor-Sor kəndinin mövcud problemi də mərhələli şəkildə aradan qalxacaqdır. Ümid edirik ki, məsələ ən qısa zamanda öz həllini tapar və sakinlərin internet həsrəti sona çatar.