• 10:29

Yol polisi Qaxda reyd keçirib

16 Aprel 2021, 12:52

 Qaxda dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə bağlı polis əməkdaşları tərəfindən gücləndirilmiş nəzarət-profilaktik tədbirlər davam etdirilir.

 

Bu məqsədlə yol polisləri tərəfindən Qax rayonunun müxtəlif nöqtələrində dayanma-durma,  parklanma qaydalarını pozan sürücülərin maarifləndirilməsi məqsədi ilə reydlər təşkil edilib. Keçirilən reyd zamanı avtobus dayanacaqlarının bir neçəsinin digər nəqliyyat vasitələri tərəfindən zəbt edildiyi aşkarlanıb. Polis əməkdaşları tərəfindən həmin sürücülər, həmçinin, dayanma-durma qaydalarını kobud şəkildə pozan digər nəqliyyat vasitələrinin sahibləri barəsində inzibati protokollar tərtib olunub və dayanacaqların boşaldılmasını təmin edilib.

 

Qeyd edək ki, dayanma-durma qaydalarını pozan sürücülər küçə və prospektlərdə, avtobus dayanacaqlarını zəbt etməklə həmin ərazidə yaşayan, mənzil başına vaxtı-vaxtında çata bilməyən digər hərəkət iştirakçılarının narahatçılığına və haqlı narazılıqlarına səbəb olurlar.