• 19:45

Xaçmazda polis reyd keçirib

21 Aprel 2021, 14:15

Daxili İşlər Nazirliyi rəhbərliyinin göstərişinə əsasən avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Xaçmaz Rayon Polis Şöbəsi və Dövlət Yol Polisi Bölməsi tərəfindən rayon ərazisində reyd keçirilib. Yol-nəqliyyat hadisələrinin qarşısının alınması, qəzalara səbəb ola biləcək qayda pozuntularının aşkar edilməsi məqsədini daşıyan reyd zamanı sürücülük hüququ olmadan, manevr və ötmə qaydalarını kobudcasına pozan, avtomobillərin texniki vəziyyətinə qanundankənar müdaxilə edən sürücülər müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.  Həmçinin reyd zamanı şəhər ərazisindəki, dairəvi hərəkət təşkil olunan yol ayrıclarında sürücülərin hərəkət üstünləkləri barədə məlumat verilib. Belə ki, hərəkət iştirakçılarının nəzərinə çatdırılıb ki, əgər yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilməmişdirsə, dairədə hərəkət edən sürücü üstünlüyə malikdir və dairəyə daxil olan sürücü ona yol verməlidir. Əks halda yol verməyən sürücü inzibati məsuliyyətə cəlb edilir. Əgər yol nişanları ilə hərəkət üstünlüyü müəyyən edilibsə dairədə hərəkət edən sürücü yol verməlidir.   

 

Rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı yol polisi əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıblar ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.  Həmçinin rayon ərazisində baş verən qəzaları o cümlədən törədilən qayda pozuntuları mütəmadi olaraq arşdırılır və sürücülər o istiqamətdə marifləndirilir.  

 

Qeyd edək ki, həmçinin reyd zamanı COVİD-19 pandemiyasının törədə biləcəyi təhlükə ilə əlaqədar opirativ qərargahın qoyduğu tələb və tövsiyələrə uyğun olaraq qoruyucu vastələrin istifadəsinin vacibliyi sürücülərin diqqətinə çatdırılıb. Həmçinin rayonun müxtəlif ərazilərində təşkil olunan reyd zamanı 100-ə yaxın hərəkət iştirakçıları saxlanılıb onlardan 70-ə yaxın sürücüyə inzibati qaydada protokol tərtib edilib.