• 18:52

Kürdəmirdə şəhid və qazi ailələri ziyarət edilib

22 Aprel 2021, 17:17

Kürdəmirdə “2-ci Qarabağ müharibəsi”ndə iştirak edərək canlarından keçən şəhidlərimizin və bu yolda sağlamlığını itirən qazilərimizin ailələri ziyarət edilib.

 

“Ramazan” bayramı münasibətilə həmin ailələrə üçrəngli bayrağımız, “Qurani-Kərim” və müxtəlif cür sovqatlar paylanılıb.İşlərin həyata keçirilməsində “Gəncliyə  Yardım Fondu”nun maddi və mənəvi dəstəyi yüksək olub. Torpaqlarımızın suverenliyi uğrunda canından keçən qəhrəman oğullarımız əbədiyyətə qovuşub. Onları yad etmək, ailələrinə baş çəkmək hər birimizin vətəndaşlıq borcudur.

 

Şəhid və qazi ailələri ilə yanaşı, aztəminatlı ailələrin ziyarəti və sovqatlarla təmin edilməsi də nəzərdə tutulub.