• 19:35

21 yaşında şəhid olmuş kəşfiyyatçı Ələkbər Musayev Cəlilabadda dəfn olunub

27 Aprel 2021, 21:34

Müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçu Ələkbər Musayevin nəşi doğulduğu Cəlilabad rayonunun Mollalı kəndinə gətirilib.

 

Şəhidin dəfn mərasimində icra aparatının nümayəndələri, hüquq-mühafizə orqanlarının əməkdaşları, şəhidin döyüş yoldaşları, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Şəhid olan kəşfiyyatçımız Mollalı kənd qəbiristanlığında torpağa tapşırılıb. Tabuta bükülmüş Azərbaycan Bayrağı şəhidin atası Birinci Qarabağ müharibəsinin iştirakçısı Əlövsət Musayevə təhvil verilib. Dəfn fəxri qaravul və yaylım atəşi ilə müşayiət edilib.

 

Qeyd edək ki, Ələkbər Musayev 1999-cu il iyunun 16-da anadan olub. O, Vətən müharibəsi zamanı sentyabrın 29-da Murovdağ döyüşlərində itkin düşmüşdü. Ordumuzun hərbi qulluqçusunun şəhid olduğu bu gün məlum olub.

 

Allah rəhmət eləsin!