• 19:16

Qubadlıda şəhidlik zirvəsinə ucalan Emil Qurbanov

04 May 2021, 12:32

Emil Qurbanov hərbi ixtisasa Ali məktəbə oxuduğu dövrə yiyələnmişdir.

 

Ali təhsil aldıqdan sonra Milli ordu sıralarında xidmət edərkən elə hərbiçi kimi çalışmaq qərarına gəlib.Müddətli xidmətini başa vurduqdan sonra  yenidən ordu sıralarında zabit kimi fəliyyətə başlayıb.Uzun müddət hərbiçi kimi çalışdıqdan sonra ordudan tərxis olunan Emil  Lənkəran şəhirəində orta məktəbdə Hərbi müəllim kimi çalışıb.eyni zamanda peşəkar idamnçı olması ona müxtəlif idman mərkəzlərində də idman müəllimi kimi də çalışmasına imkan verib.Yetişdirdi  idmançılar dəfələrlə zona və respulika yarışlarında   qabaqcıl yerlər qazanıb.Ehtiyyatda olan zabit kimi Vətən müharibəsinin İlk günlərindən döyüşlərə qatılan Emil Qurbanov Fizulidən Qubadlıya qədər ərazilərin azad olunmasında iştirak edib.Elə onun sön döyüşü də Qubadlıda olub.

 

Qeyd edək ki, şəhid  Emil Qurbanov ölümündən sonra Vətən uğrunda, Cəbrayıln və Qubadlının Azad olunmasın görə medallıarı ilə tətif olunub.