• 09:22

Balakəndə avtomobil çaya düşüb, ölən və xəsarət alanlar var

12 May 2021, 12:14

Balakəndə avtomobil çaya düşüb, sürücü ölüb, 3 sərnişin xəsarət alıb. Hadisə ötən gün axşam saatlarında , Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Katex kəndi ərazisindən keçən hissəsində baş verib.

 

Beləki ,Zaqatala rayon sakini, 1989-cu il təvəllüdlü Rəvan Əhməyev idarə etdiyi minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkətdə olarkən avtomobilinin qarşısına at çıxıb və sürücü Rəvan Əhməyev idarəetməni itirərək maşını ərazidən axan çaya aşırıb. Qəza zamanı müxtəlf dərəcəli ağır bədən xəsarətləri alan Rəvan.Əhməyev və avtomobildə olan sərnişinlər - 1967-ci il təvəllüdlü İmran Rəcəbov, 1970-ci il təvəllüdlü Fərman Piriyev və 1990-cı il təvəllüdlü Mərdan Piriyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

 

Ağır bədən xəsarətləri alan sürücü R.Əhməyev xəstəxanaya daxil olduqdan bir qədər sonra ölüb.

 

Faktla bağlı araşdırma aparıĺr.