• 09:03

Kürdəmirdə tövlədə yanğın olub

12 May 2021, 14:05

Kürdəmirdə yanğın hadisəsi baş verib. Hadisə rayonun Yenikənd kəndində qeydə alınıb. Kənd sakini, Veyisov Ağaisa Musa oğluna məxsus ümumi sahəsi 150 kvm olan tövlənin 80 kvm hissəsi tamamilə yanıb. Bundan başqa tövlədə olan bir baş iribuynuzlu heyvan da tüstüdən boğularaq tələf olub.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Kürdəmir Rayon Dövlət Yanğından Mühafizə İdarəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.Alov söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yanğına səbəb kimi ilkin ehtimal olaraq elektrik naqillərində olan qısa qapanma güman edilir. Faktla bağlı araşdırma aparılır.