• 10:28

Şəhid nənəsi: “Nəvəm bayrağa bürünüb getdi, bayrağa bükülü geri döndü”

12 May 2021, 16:34

Vətən müharibəsi zamanı Ağsu rayon Gəgəli kəndinin 4 qəhrəman igid evladi şəhidlik zirvəsinə ucalıb Həmin igidlərimizdən birdə şəhid Elmir Süleymanlıdır.

 

Bu gün Elmirin 20 yaşı tamam olması münasibətilə kənd qəbristanlığında yerləşən şəhidlik kompleksi ziyarət olunub.Burda uyuyan şəhidlərimizin ruhuna dualar oxunub.

 

Çıxış edənlər şəhdimiz vətən-millət sevgisindən danışıblar.

 

Bildirilib ki,Elmir uşaq yaşlarından vətənə bağlılığı ilə seçilirdi. Qəhrəmanımız hələ orta məktəbdə oxuyarkən uğrunda neçə- neçə igidlərimzin canını fəda etdiyi 3 rəngli bayrağımıza hesas yanaşı tədbirlərdə bayraqdar olurdu.

 

Ele hərbi xidmətə yola düşəndə də şanlı bayrağı çiyinə atıb rəqs etmişdi qəhrəmanımız.Ata anasına  sevinərək "Mən Vətən borcumu vermək üçün əsgər gedirəm" demişdi qəhrəmanımız.

 

Elmir 1 il 4 ay idi ki , hərbi xidmətdə idi.Döyüşlərin başlamasına 3 gün qalmış Komandiri ilə etdiyi səmimi söhbəti özü bilməden lentə almışdı dostları.Sonuncu videosunda sanki vidalaşırdı öz əzizləri ilə.

 

Qorxmadan cəsarətlə ölümün gözünə dik baxaraq bir qartal kimi şığıdı düşmənin üzərinə.

Her girdiyi döyüşə çox sayda düşməni məhv etdi. Döyüşlərdə şücaəti ilə seçilirdi.

 

Sonuncu tefon danışığında isə "ata özünüzdən muğayat olun" deyib atası ilə tezcə sağollaşıb

 

Qəhrəmanımız öz qardaşı ilə eyni cəbhədə döyüşsədə onlara bir-birini görmək nəsib olmur

 

Hərbi xidməti başa vurmasına 2 ay qalmış  Elmirin şəhidlik xəbəri ailəsinə çatır.

 

Nənə üçün nevə dünyalar qədər əzizdir.Elmira nənə deyir ki,  Elmiri hərbi xidmətə gedəndə  onu təntənə ilə yola salıblar,Bayrağa  bürünüb getmişdi , elə bayrağada bükülü gəldi evinə

 

 

Hər kəs Emilin cəsurluğundan, igidiliyindən danışır.Hər kəsə örnək, qorxmaz bir oğul idi idi qəhrəmanımız.

 

Bibisi böyütmüşü Elmiri deyir Elmir qardaşımın oğlu yox öz balam idi. Şəhid olmadan yuxularıma gelirdi Elmir

 

 

Zəfər tarix yazan Elmir kimi oğullarımız bu xalqın qəhrəmanı olaraq qəlblərdə daima yaşayacaq.Allah şəhidlərimizə rəhmət etsin.