• 09:21

Şəhid Əkbər Məsimov son mənzilə yola salınıb

08 Iyun 2021, 12:41

Bir neçə aydır itkin düşən hərbçimiz Əkbər Məsimovun nəşi tapılaraq aidiyyəti üzrə ailəsinə təhvil verilib. Şəhid doğulduğu Ağdaş rayonunun Qaradeyin kəndində torpağa tapşırılıb. Dəfn mərasimində şəhidin ailə üzvləri, yaxınları, hərbçilər, Səfərbərlik və Hərbi XidmətəÇağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsinin, rayon icra hakimiyyətinin rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri, qazilər və gənclər iştirak edib. Mərasimdə şəhidin ruhuna dualar oxunub, üçrəngl ibayrağımız qardaşı Elnur Məsimova təqdim edilib vəruhuna hörmət əlaməti olaraq yaylım atəşi açılıb.

 

Məsimov Əkbər Yunis oğlu 5 oktyabr 1994-cü ildə Ağdaş rayonunun Qaradeyin kəndində anadan olub. Ordu sıralarında 4 il müddətdən artıq hərbi qulluqçu kimi xidmət edib. O, ötən il mayın 10-da nişanlanıb. Oktyabrın 5-də toy etməyə hazırlaşırmış. Sonuncu dəfə sentyabrın 27-də ailə üzvləri ilə əlaqə saxlayıb, döyüşə yollandığını bildirib. Həmin gündən sonra ailə üzvləri onunla əlaqə saxlay abilməyiblər. Murovdağ istiqamətində gedən döyüşlərdə itkin düşüb. Hərbi Prokurorluğun bu gün yaydığı məlumata görə, Məsimov Əkbər Yunis oğlunun nəşi tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə təhvil verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

 

Allah rəhmət etsin.