• 10:02

Biləsuvarda taxıl biçininə başlanılıb

09 Iyun 2021, 11:55

Respublikanın iri taxılçılıq rayonlarından olan Biləsuvarda kütləvi taxıl biçininə start verilib. Rayon ərazisində biçin kampaniyasının mütəşəkkil qaydada aparılmasından ötrü  80-dən artıq taxıl biçən kombayn  sahələrə cəlb olunub.

 

Bu ilki mövsümdə rayon üzrə  34 min 845 hektar taxıl sahəsinin məhsulunun biçilməsi nəzərdə tutulur. Taxıl əkinlərinin 13 min 726 hektarını buğda, 21 min 119 hektarını arpa sahələri təşkil edir. Hazırda təsərrüfatlarda arpa biçini yüksək sürətlə davam etdirilir.  İlkin olaraq rayonun Nəsimi, Nərimankənd, Aşağı Cürəli, Ağalıkənd, Təzəkənd kəndlərindəki zəmilərin məhsulu  yığılıb. Arpa sahələrinin hər hektarından hələlik orta məhsuldarlıq 31 sentnerdən yuxarı təşkil edir.

 

Aqroservis ASC-nin rəsmisinin sözlərinə görə, hava şəraiti əlverişli olarsa, iyunun 18-dək Aran və dağ ətəyi rayonların böyük hissəsində arpa biçini yekunlaşa bilər. Bundan sonra dislokasiya üzrə dağlıq və şimal rayonların ərazilərində biçin işləri davam etdiriləcək.