• 10:04

Moskvada peyğəmbərin qizinın mövlud günləri qeyd olunur

29 May 2013, 08:33

Moskvanın mərkəzi məscidində Məhəmməd Peyğəmbərin (s)əziz qızı İmam Həsən (ə) və İmam Hüseynin (ə) anası Xanım Fatimənin (ə) şəhadət günü qeyd olunur. Xanımın şəhadət gününün tarixi dəqiq bilinmədiyinə görə İslam dünyasında bu hadisənin silsilə şəklində keçirilməsi qərara alınıb.

SalamNews-un xüsusi müxbirinin verdiyi xəbərə görə, bununla əlaqədar dünyanın hər yerində olduğu kimi, Moskvada da “Əhli-Beyt” tərafdarları Əli Əleyhissalamın (ə) həyat yoldaşı, Xanım Fatimənin (ə) şəninə məclislər təşkil edirlər. “Əhli-Beyt” cəmiyyətinin sədri Nizami Baloğlanov bildirib ki, bu məclislərin təşkil olunmasında Rusiya Müftilər Şurasının da böyük rolu var.

“Biz, həmişə olduğu kimi, bu il də Xanım Fatiməni (ə) Moskvada yad edirik. Müsəlmanlar 20 gün ərzində müxtəlif məclislər qururlar, Xanımın şəninə ehsan süfrələri təşkil edirlər. Biz “Əhli-Beyt” cəmiyyəti olaraq son iki günü - aprel ayının 13 və 14–nü xüsusi qeyd etmək fikirindəyik və hər kəsi Xanim Fatiməni (ə), Peyğəmbərimizin qızını yad etməyə dəvət edirik”

Moskvada Prospekt Mira metrostansiyasının yaxınlığında yerləşən məsciddə təşkil olunan məclisdə 500-dən cox mömin qarşısında çıxış edən natiqlər Xanimın həyat yolundan, İslama verdiyi töhfələrdən danışıblar.

“Əhli-Beyt” cəmiyyəti tərəfindən təşkil olunan məclisdə dualar oxunub, namaz qılınıb, mərsiyələr deyilib, İslam dünyasında qadınlara nümunə olan Xanım Fatimənin keçdiyi əzablı yollar xatırlanıb.