İsrailin Ankaradakı səfiri Türkiyəni tərk edib

Bu gün İsrailin Ankaradakı baş konsulu da ölkədən çıxacaq. Bir qədər əvvəl isə İsrailin İstanbuldakı baş konsuluna analoji çağırış edilmişdi

interaz, azərbaycan, xəbərlər

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 16 May 2018, 12:26

Bu gün İsrailin Ankaradakı səfiri Türkiyəni tərk edib.

 

İnteraz Trend-ə istinadən xəbər verir ki, ötən gün Türkiyə Xarici İşlər Nazirliyinə çağırılan diplomatdan ölkəni tərk etmək tələb olunmuşdu.

 

Yerli KİV-in yazdığına görə, bu gün İsrailin Ankaradakı baş konsulu da ölkədən çıxacaq. Bir qədər əvvəl isə İsrailin İstanbuldakı baş konsuluna analoji çağırış edilmişdi.

 

Xatırladaq ki, mayın 15-də Türkiyənin Baş naziri Binəli Yıldırım müsəlman ölkələrini İsraillə münasibətlərinə yenidən baxmağa çağırıb.

 

Qeyd edək ki, İsrail dövlətinin yaradılmasının 70 illiyi və bu yubiley münasibətilə ABŞ səfirliyinin Təl-Əvivdən Qüdsə keçirilməsi ilə əlaqədar olaraq Qəzza sektorunda etiraz aksiyası keçirilir. Mayın 14-də İsrail əsgərləri aksiya iştirakçılarına atəş açıblar. Qarşıdurma nəticəsində 55 fələstinli ölüb, 2700-ü yaralanıb.