İsrail hökuməti "Yəhudi dövləti haqqında qanun"u təsdiqləyib

İsrailin nazirlər kabineti ölkəni yəhudi dövləti statusuna keçirən qanun layihəsini təsdiqləyib

Bakı, Samid Bağırov, Ramik Cəfərzadə, İnteraz - 24 Noyabr 2014, 17:11

İsrail hökuməti ölkənin yəhudi dövləti edilməsi istiqamətində hazırlanmış “milli qanun” layihəsini təsdiq edib. 

 

İnterAz-ın "Əlcəzirə"-yə istinadla verdiyi xəbərə görə, növbəti günlərdə İsrail parlamenti (Knesset) ölkənin "Yəhudi dövləti haqqında qanun" layihəsini səsveməyə çıxaracaq. Qanun layihəsinə əsasən, İsrail yəhudilərin milli dövləti hesab ediləcək və ölkənin taleyini yalnız yəhudilər müəyyənləşdirmək haqqına malik olacaqlar.

 

Qeyd edək ki, hazırda İsrail vətəndaşlığını almış ərəblərin sayı bir milyon yarımdan artıqdır və onlar İsrail əhalisinin təqribən 20 faizini təşkil edir. Bu, İordan çayının qərb sahili, Qəzza və Colan yüksəkliklərində olan fələstinlilərə aid deyil.

 

Güman edilir ki, İsrail hökumətinin bu qərarı, təqribən bir milyon yarım ərəbi dil, din və digər məsələlərdə ciddi problemlərlə üz-üzə qoyacaq.