İranın nüvə danışıqlarının uzanması tərəfləri razı salıb

Rəsmi Tehran və Vaşinqton nüvə danışıqlarının uzadılmasını müsbət addım hesab ediblər

Bakı, Samid Bağırov, Ramik Cəfərzadə, İnteraz - 25 Noyabr 2014, 09:44

Rəsmi Tehran və "5+1" qrupu nüvə danışıqlarının 2015-ci ilə qədər uzadılmasından razılıqlarını ifadə ediblər. 

 

İnterAz-ın İran mətbuatına istinadla verdiyi xəbərə görə, Həsən Ruhani Vyanada keçirilən danışıqlar nəticəsində tərəflərin məntiqinin bir-birinə yaxınlaşdığını və arada olan ixtilaflı məqamların azaldığını qeyd edib. H.Ruhani sanksiyaların artırılması əvəzinə danışıqlar müddətinin uzadılmasını İran üçün qələbə hesab edib. İran prezidenti həmçinin bəyan edib ki, sonda ölkədəki nüvə obyektləri işlək olaraq qalcaqlar və sentrifuqalar, dayanmadan işləyəcəklər.

 

Digər tərəfdən, ABŞ dövlət katibi Con Kerri də ölkə konqresini və beynəlxalq ictimaiyyəti müddəti uzadılmış nüvə danışıqlarının dəstəklənməsinə çağırıb.

 

Qeyd edək ki, İran ekspertləri bundan öncə danışıqların müddətinin uzadılmasını ən pis senari kimi qiymətləndirmişdilər. Ötən gündə əldə edilən razılaşmaya əsasən, İran və “Alıtlıq” iyun ayının sonun qədər yekun razılaşmaya nail olmalıdırlar.