Şiə məntəqələrinə hücum edən "ən-Nusra" terrorçuları xeyli itki verib

"Ən-Nusra" Hələbdə şiələrin məskunlaşdığı qəsəbələrə hücumu zamanı çoxsaylı itkilər verib

Bakı, Samid Bağırov, Ramik Cəfərzadə, İnteraz - 25 Noyabr 2014, 11:41

"Əl-Qaidə" terror təşkilatının Suriyadakı qolu “ən-Nusra Cəbhəsi” son iki gündə Hələbin şimalında yerləşən Nubbal və Zəhra qəsəbələrinə hücumu zamanı çoxsaylı texniki və canlı itki ilə üzləşib.

 

İnterAz-ın "əl-Mənar" telekanalına istinadla verdiyi xəbərə görə, "ən-Nusra" bu hücumda 3 tank və bir neçə hərbi texnika itirib. Burada "ən-Nusra" liderlərindən bir neçəsinin də öldüyü qeyd edilib.

 

Qarşıdurmalar və hücumlar Suriyanın digər əyalətlərində də davam edib.

 

Hələbin Həndərat, Kobani və əl-Bric, Dəra əyalətinin Şeyx-Miskin və Busraş-Şam, Dəməşqətrafı əyalətin müxtəlif rayonları da qarşıdurmaların və döyüşlərin şahidi olub.