Yük maşını ilə idman avtomobilinin "Ginnes"ə hesablanmış risk oyunu

Ağırtonnajlı yük maşını havadaykən altından "Formula 1" yarış maşını keçir

Bakı, Ramik Cəfərzadə, İnteraz - 25 Noyabr 2014, 11:55

Bu görüntülərin sosial şəbəkələrdə xeyli sayda izləyicisi var.

 

Kadrlardan göründüyü kimi yüksək sürətlə hərəkət edən yük maşını havaya qalxan kimi qısa zaman fasiləsindən məharətlə istifadə edən "Lotus" markalı yarış maşını onun altında keçməyə müvəffəq olur.

  

Bu performans "Lotus F1" komandasına və tərəfdaş "EMC" şirkətinə Ginnesin rekordlar kitabına adlarını yazdırmaq üçün kifayət edib.

 

İnterAz həmin video görüntünü təqdim edir: