Kabul səhər saatlarında ikinci partlayışla silkələnib

Əfqanıstan paytaxtında təfərrüatları barədə ətraflı məlumat verilməyən güclü partlayış baş verib

Bakı, Ramik Cəfərzadə, İnteraz - 25 Noyabr 2014, 12:20

Bu gün Əfqanıstan paytaxtın şiddətli partlayışla silkələnib. Partlayışın təsir dalğası yaxınlıqdakı binalarda da hiss olunub. 

 

Bu barədə İnterAz "Reuters"-ə istinadən məlumat verir. Məlumata görə, partlayışın hansı səbəblə baş verdiyi və hər hansı itkilər barədə jələ ki, məlumat yoxdur.

 

Kabul polis idarəsinin rəsmisi Haşmət Stanekzay bildirib ki, hadisə yerinə xilasedicilər və istintaq qrupu yollanıb. O, insident barədə əlavə məlumat verməyib.

 

Bildirək ki, bu partlayış bu gün Kabulda baş verən sayca ikinci partlayış olub. Əfqanıstan müdafiə nazirliyinin sözçüsü Zahir Əziminin sözlərinə görə, bu gün səhər saatlarında Əfqanıstan əsgərlərini daşıyan avtobus uzaqdan idarə olunan partlayıcının hədəfinə tuş gəlib. Bu terror aktında 7 əsgər yaralanıb. Hadisənin məsuliyyətini "Taliban" terror qruplaşması öz üzərinə götürüb. Terrorçu qrup bu barədə jurnalistlərə elektron poçt ünvandan məktub göndərib.

 

Qeyd edək ki, paytaxtda dünən törədilən digər partlayışda ABŞ ordusunun iki əskəri ölüb.