İran İraqla ticarət mübadiləsini 20 milyard dollara çatdırmaq istəyir

İki tərəfin səyi ilə yaxın gələcəkdə bunu 20 milyard dollara çatdıra bilərik

Bakı, Gülnarә Quliyeva, İnteraz - 17 Noyabr 2018, 15:19

”Bu gün İranla İraqın iqtisadi əlaqələri 12 milyard dollara çatır. İki tərəfin səyi ilə yaxın gələcəkdə bunu 20 milyard dollara çatdıra bilərik”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın prezidenti Həsən Ruhani bu gün Tehranda İraq prezidenti Bərhəm Salehlə birgə keçirilən mətbuat konfransında deyb.

 

Həsən Ruhani İraqla ölkəsinin neft, qaz, elektrik enerjisi, neft-kimya sənayesi və bu deyilənlərin mübadiləsi zəminində mövcud həmkarlığa toxunaraq, iki ölkənin dəmir yolu xəttinin də birləşdirilməsi barədə danışıqların getdiyini bildirib.

 

İran prezidenti bildirib ki, iki ölkə səy etsələr ticarət mübadiləsi yaxın gələcəkdə 20 milyarda çatacaq.

 

Qeyd edək ki, İraq prezidenti İordaniya, Küveyt və BƏƏ-dən sonra birbaşa İrana səfər edib. Tərəflərin görüşünün əsas gündəmi iqtisadi əlaqələrə köklənib.

 

Bu görüşlər elə bir halda keçirilir ki, ekspertlər ABŞ sanksiyaları səbəbindən İran-İraq ticarət mübadiləsində xüsusilə də İraqa satılan qaz və elektrik enerjisində və buradakı bank əməliyyatları sistemində ciddi problemlərin ortaya çıxacağını təxmin edirlər.