Səudiyyəyə edilən təzyiqlərdən sonra Husi nümayəndələri Yəməni tərk edə bilib

Yəmən “İnqilabının Ali Komitəsi”nin sədri Məhəmməd Əli əl-Husi Səna nümayəndə heyətinin artıq İsveçə çatdığını bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 05 Dekabr 2018, 09:32

Səudiyyə Ərəbistanına edilən beynəlxalq təzyiqlərdən sonra bu ölkə husilərin nümayəndə heyətinin Yəməndən çıxaraq İsveçə getməsinə razılıq verib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, Səna nümayəndə heyəti (husilər və müttəfiqləri) iki təyyarə ilə Yəməni İsveç istiqamətdə tərk ediblər.

 

Yəmən “İnqilabının Ali Komitəsi”nin sədri Məhəmməd Əli əl-Husi Səna nümayəndə heyətinin artıq İsveçə çatdığını bildirib.

 

Qeyd edək ki, Səudiyyə Ərəbistanı bundan öncə Küveytdə keçirilən danışıqlara getmək istəyən Səna nümayəndə heyətini Yəməndən çıxmağa imkan verməmişdi.

 

Bildirək ki, Səudiyyə Ərəbistanı 2015-ci ildən Yəmənə hərbi müdaxilə edir. Hazırda Səudiyyə və koalisiyası Yəməni hava quru və sudan mühasirədə saxlayır.

 

Əlavə edək ki, İsveçdə Yəmən münaqişəsi tərəfləri arasında danışıqlar sabah başlayacaq.