Yəmən danışıqları ərəfəsində Səudiyyə koalisiyası irimiqyaslı hücuma keçib

Bildirilib ki, ötən gün İsveçdə münaqişə ilə bağlı sülh danışıqları başlasa da Səudiyyə Ərəbistanı koalisiyası daxili cəbhələrdə eləcə də Səda-Nəcran cəbhələrində hava və qurudan hücumlara başlayıb

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 14:52

Səudiyyə Ərəbistanı koalisiyası İsveçdə münaqişə ilə bağlı danışıqların başladığı zamanda Yəmən-Səudiyyə sərhədləri cəbhəsində, cənub və şimal cəbhələrində irirmiqyaslı hücumlara başlayıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə qərargahı paytaxt Sənada yerləşən Yəmən Müdafiə Nazirliyi məlumat verib.

 

Bildirilib ki, ötən gün İsveçdə münaqişə ilə bağlı sülh danışıqları başlasa da Səudiyyə Ərəbistanı koalisiyası daxili cəbhələrdə eləcə də Səda-Nəcran cəbhələrində hava və qurudan hücumlara başlayıb.

 

Əlavə edilib ki, Səudiyyə koalisiyası Yəmənin Səda və əl-Hudeyda əyalətlərinə onlarla aviazərbə endirib, şimal və cənub cəbhələrini yenidən alovlandırıb.

 

Qeyd edək ki, Yəmən müharibəsi tərəflərini təmsil edən nümayəndə heyətləri ötən gündən başlayaraq BMT-in vasitəçiliyi ilə İsveçdə danışıqlara başlayıblar.