Yəməndə iranlıların olması sadəcə təbliğatdır və əsası yoxdur – Sabiq Fransa səfiri

Husilərin əlində olan silahlara gəldikdə isə sabiq səfir bildirib ki, onun dövründə Yəməndə hər adam başına 4 ədəd silah düşürdü

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Dekabr 2018, 15:38

“Yəməndə iranlılar yoxdur. Bu böyük bir təbliğatdır ki, Amerika özü də bunu yaxşı bilir və bu barədə etiraf edir.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Fransanın Yəməndəki sabiq səfiri Geel Hote vediyi müsahibədə deyib.

 

O France-24 telekanalına verdiyi müsahibədə, "husilər iranlıların qoludurmu?", "onlardan hərbi dəstək alırmı?", sualını cavablandırarkən bildirib ki, Yəməndə iranlı qüvvələr mövcud deyil. O bu barədə Amerika və Səudiyyənin iddialarının sırf təbliğat və prapaqanda olduğunu vurğulayıb.

 

Husilərin əlində olan silahlara gəldikdə isə sabiq səfir bildirib ki, onun dövründə Yəməndə hər adam başına 4 ədəd silah düşürdü.

 

Sabiq Fransa səfiri həmçinin son günlərdə münaqişə ilə bağlı İsveçdə başlayan danışıqların verə biləcəyi nəticəyə toxunub və onun səmərə verəcəyinə ümid etdiyini deyib.