Türkiyə Qara dənizdə yeni hərbi-dəniz bazası yaradacaq

Hazırda Türkiyənin dörd dənizdə 8 hərbi-dəniz bazası var

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Dekabr 2018, 10:35

Türkiyə Qara dənizin şərq sahillərində yeni hərbi-dəniz bazası yaradılması üzrə işlərə başlayıb.

 

İnterAz TASS-a istinadən xəbər verir ki, bu barədə "Milliyet" qəzeti yazıb.

 

Yeni hərbi obyekt Trabzon şəhərindən 40 km məsafədə olan Sürmene yaşayış məntəqəsi ərazisində yerləşəcək. Hərbi bazada 400 hərbi qulluqçunun xidmət çəkəcəyi, eləcə də 200 mülki işçinin çalışacağı gözlənilir.

 

Qəzetdə bildirilir ki, rəsmi Ankara bu addımı Kerç boğazındakı hadisədən sonra ABŞ-ın hərbi gəmilərini Qara dənizə göndərmək niyyətində olması ilə bağlı xəbərlər fonunda atıb.

 

Hazırda Türkiyənin dörd dənizdə 8 hərbi-dəniz bazası var.