Erməni əsgərlərini ölümə aparan keyidici vaksinlər olub - Fakt

Erməni ictimaiyyəti arasında geniş rezonans doğuran bu hadisə, döyüşlərdə həlak olmuş hərbi qulluqçuların valideyn və yaxınlarının ciddi narazılığına səbəb olmuşdur

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 14 Dekabr 2018, 17:37

Aprel döyüşlərində erməni əsgərlərinə keyidici iynələr vurulduğu məlum olub.

 

İnterAz-ın FaktXeber.com-a istinadən məlumatına görə, sosial şəbəkənin erməni istifadəçiləri, 2016-cı ilin aprel döyüşlərində iştirak etmiş Ermənistan ordusunun hərbi qulluqçularının döyüşlər vaxtı həqiqi vəziyyətini öyrənmək üçün erməni hərbiçi və onların yaxınlarından öz fikirlərini yazmalarını xahiş ediblər.

 

Sorğuda iştirak edən aprel döyüşləri iştirakçılarının yaxınları həm ermənilər, həm də bəşəriyyət üçün çox vandal bir faktın üstünü açıblar. Belə ki, Ermənistan Müdafiə Nazirliyi bu günə qədər bu faktı gizlətməyə çalışsa da məlum olub ki, döyüşlər davam edən müddətdə erməni əsgərlərinin qorxub qaçmalarının qarşısını almaq, silahlarını atmamaq və anlaqsız vəziyyətdə özlərini güllənin qabağına vermələri üçün hissiyyatlarını keyləşdirən iynələr vurublar.

 

Erməni ictimaiyyəti arasında geniş rezonans doğuran bu hadisə, döyüşlərdə həlak olmuş hərbi qulluqçuların valideyn və yaxınlarının ciddi narazılığına səbəb olmuşdur. Onlar həlak olan hərbiçilərin hansı şəraitdə öldüklərini araşdırmaq üçün komissiyanın yaradılmasını tələb edirlər.