Meksika Prezidenti evtanaziyanı dəstəkləyib

Dövlət başçısı müalicəsi mümkün olmayan xəstələrin könüllü şəkildə həyatlarına son vermələrinə icazə verilməsi təklifi ilə çıxış edib

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 10:36

Meksika prezidenti Andres Manuel Lopes Obrador evtanaziyanı dəstəkləyib. 

 

İnterAz “Gazeta.ru”ya istinadən xəbər verir ki, dövlət başçısı müalicəsi mümkün olmayan xəstələrin könüllü şəkildə həyatlarına son vermələrinə icazə verilməsi təklifi ilə çıxış edib.

 

“Artıq heç bir çarə tapılmayan, ən ümidsiz xəstələr kədərli gerçəklə üz-üzə qalanda onların dünyadan layiqli şəkildə köçmələrinə niyə yardım etməyək ki?”, - deyə o bildirib.