Fələstinlilərin dönüş yürüşündə 82 nəfər yaralanıb

Ötən gün eləcə də bu gün səhər saatlarında İordan çayının qərb sahilinin bir neçə rayonunda da İsrail qüvvələri ilə fələstinlilər arasında toqquşmalar olub

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 11:15

Fələstinlilər ötən gün Qəzzanın şərqində İsrailin işğal etdiyi ərazilər istiqamətdə izdihamlı dönüş yürüşü keçiriblər.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, fələstinlilərin ötən gün “Müqavimət bizim qanuni haqqımızdır” adlı dönüş yürüşlərində İsrail qüvvələrinin atəşi nəticəsində 82 nəfər yaralanıb.

 

Onlardan 7-in jurnalist və tibbi yardımçı olduğu bildirilir.

 

Ötən gün eləcə də bu gün səhər saatlarında İordan çayının qərb sahilinin bir neçə rayonunda da İsrail qüvvələri ilə fələstinlilər arasında toqquşmalar olub.

 

İsrail qüvvələri Ramallahın şərqində, Tul-Kərm, Nablus və əl-Xəlil şəhərlərində fələstinlilərə qarşı gözyaşardıcı qazlar və rezin gülələrdən istifadə edib. Yaralananlar və saxlanılanlar var.

 

Beyt-İl bölgəsində bir İsrail əsgəri yaralanıb.

 

İsrail qüvvələri əl-Əməri qaçqın düşərgəsində onlara hücum etdiyi deyilən fələstinli fəal Əbu-Həmidin evini partladıblar.

 

Hazırda əksər bölgələri İsrailin işğalında olan İordan çayının qərbində gərgin vəziyyət davam edir.