"Sarı jiletlilər"in etiraz dalğası İsrailə sirayət edib

Bu etiraz aksiyaları sonda polislə qarşıdurma ilə nəticələnib və 12 fəal həbs edilib

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 12:58

Avropanın bir sıra ölkələrində hakimiyyətlərin iqtisadi siyasətlərinə qarşı baş tutan "sarı jiletlilər"in etiraz aksiyaları İsrailə də sirayət edib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ötən gün Təl-Əviv "Sarı jiletlilər"in etiraz aksiyasının şahidi olub.

 

İsrail baş naziri Benyamin Netanyahunun iqtisadi siyasətinə etiraz edənlər qiymətlərin artımına, “mövcud hökumətin iş adamları ilə qeyri-əxlaqi əlaqələrinə” və sair siyasi, iqtisadi məsələlərə görə aksiya keçiriblər.

 

Bu etiraz aksiyaları sonda polislə qarşıdurma ilə nəticələnib və 12 fəal həbs edilib.

 

Qeyd edək ki, bu gün yenidən Fransada "Sarı jiletlilər"in etiraz aksiyası gözlənilir.