İordan çayının qərbində vəziyyət gərginləşib – İsrail bir fələstinlinin evini partladıb

Qarşıdurmalarda bir fələstinli ölüb və 50-dən çox yaralanıb

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 14:24

Ötən gün axşam və bu gün səhər saatlarında İsrail qüvvələri İordan çayının qərb sahilində Tulkərm, əl-Xəlil, Ramallah və sair şəhərlərdə həbslər və basqınlar həyata keçirib. Qarşıdurmalarda bir fələstinli ölüb və 50-dən çox yaralanıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, İsrail qüvvələri hazırda həbsdə olan İslam Əbu-Həmid adlı fəalın ailəsinin evini partladıb.

 

Ramallahda əl-Əməri adlı düşərgəyə basqın zamanı İsrail böyük qüvvədən istifadə edib və burada adıçəkilən fələstinlinin ailəsinin və yaxınlarının 4 mərtəbədən ibarət evini partladıb. Evdə aksiya keçirən onlarla şəxs saxlanılıb.

 

Məlumata görə İsrail qüvvələrinə belə bir əməliyyatın həyata keçirilməsi və evin partladılması əmri baş nazir Benyamin Netanyahudan gəlib.

 

Qeyd edək ki, 3 gün öncə İordan çayının qərb sahilində İsrail qüvvələrinə hücum etdiyi iddia olunan iki fələstinlinin ölümündən sonra Ramallahda baş tutan hücumda 3 İsrail əsgəri öldürülüb.