Bizim raketlərimiz müzakirə edilə bilməz – İran XİN rəhbəri

Həmçinin Cavad Zərif bildirib ki, ABŞ-ın İranın raketlərindən və 2231-ci qətnamənin Tehran tərəfindən pozulmasından danışmağa heç haqqı yoxdur

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 15 Dekabr 2018, 16:58

“İranın raketləri müdafiə üçündür və biz qarşılıq vermək üçün ona ehtiyacımız var. Onlar müzakirə edilə bilməzlər”

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Əlcəzirə telekanalına verdiyi müsahibədə deyib.

 

İran XİN rəhbəri Qətərə səfəri zamanı jurnalistlərin İranın ballistik raketlər proqramı və ABŞ-ın və komandasının bu haqda BMT TŞ-da müzakirə açması haqda ünvanlanan sualı cavablandıraraq bildirib ki, İranın raketləri müdafiə üçündür və müzakirə edilə bilməz.

 

Həmçinin Cavad Zərif bildirib ki, ABŞ-ın İranın raketlərindən və 2231-ci qətnamənin Tehran tərəfindən pozulmasından danışmağa heç haqqı yoxdur.

 

 “Amerika nüvə sazişindən çıxmaqla açıq-aşkar şəkildə BMT Təhlükəsizlik Şurasının 2231-cı qətnaməsini pozub. Onların bu qətnamə haqda danışmağa haqları yoxdu. Onlar bu qətnaməni aradan aparıblar” deyə Cavad Zərif Amerikanı beynəlxalq qərarlara əsla məhəl qoymadığını bildirib.