Azərbaycanlıların olduğu gəmi batıb, ölənlər var

Panama bayrağı altında üzən “Volqo Balt 214” adlı gəmidə 13 nəfər ekipaj üzvü olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 07 Yanvar 2019, 15:21

Qara dənizin Samsun sahillərində mənfi hava şəraiti səbəbindən yük gəmisi batıb. 

 

İnterAz-ın "Habertürk"ə istinadən verdiyi xəbərə görə, Panama bayrağı altında üzən “Volqo Balt 214” adlı gəmidə 13 nəfər ekipaj üzvü olub.

 

Samsun valiliyi ekipaj üzvlərindən 7 nəfərin xilas edildiyini, 2 nəfərin öldüyü bildirilir.

 

Heyətdən 9-nun Ukrayna, 2-nin Azərbaycan, 2-nin isə Rusiya vətəndaşı olduğu bildirilir.

 

Hadisə bölgəsinə 1 təyyarə, 4 helikopter, 1 xilasedici gəmi, 2 sahil təhlükəsizlik xidmətinə aid qayıq cəlb edilib.

 

CANLI YAYİM

Ən çox oxunan