Husilərin pilotsuz təyyarələrinin hərbi parada aviazərbəsinin görüntüləri yayımlanıb

Yaralananlar arasında Səudiyyə koalisiyası ilə müttəfiq olan Yəmən Ordusunun iki briqada generalı da var

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Yanvar 2019, 16:42

Husilərin tabeliyində olan və qərargahları paytaxt Sənada yerləşən “Yəmən Silahlı Qüvvələri” bəyanat yayaraq bildirib ki, onların pilotsuz təyyarələri ölkənin Ləhic əyalətində əl-Ənəd hərbi qərargahına şiddətli hava zərbələri endirib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, Yəmən mətbuatı husilərin əl-Ənəd hərbi qərargahında hərbi parada edilən hücumun görüntülərini yayımlayıblar.

 

Bundan öncə Əlcəzirə telekanalı bildirib ki, bu hücumda Səudiyyə koalisiyası ilə müttəfiq olan Yəmən Ordusunun 5 zabit və əsgəri ölüb. Bu hücumda daha 8 zabit və əsgər yaralanıb.

 

Yaralananlar arasında Səudiyyə koalisiyası ilə müttəfiq olan Yəmən Ordusunun iki briqada generalı da var.

 

Qeyd edək hazırda Yəməndə atəşkəs rejimi yalnız Təiz və əl-Hudeyda əyalətində bərpa edilib.