Suriyalı ata qaçqın düşən ailəsini 7 il ayrılıqdan sonra görə bilib

Suriyalı qaçqın ata nəhayət son günlərdə Kambocada ailəsinə qovuşa bilib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 10 Yanvar 2019, 17:30

Suriyalı qaçqın ata Abdullah Zəlğanənin 7 il görə bilmədiyi ailəsi ilə qovuşmasını əks etdirən görüntülər son günlərdə ərəb dünyasında sosial şəbəkələrin gündəminə çevrilib.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, suriyalı qaçqın Abdullah Zəlğanə 7 il öncə daxili müharibədən dolayı ailəsilə birgə Livana getmişdi. Suriyalı atanın ailəsi ayrılıb Avstraliyaya yollananda  kiçik oğlunun 4 yaşı var idi. İndi isə onun kiçik oğlunun 11 yaşı var.

 

Suriyalı qaçqın ata nəhayət son günlərdə Kambocada ailəsinə qovuşa bilib.

 

Həmin təsirli görüntüləri təqdim edirik: