Türkiyənin məşhur telekanalı yayımı dayandırır

Bundan sonra Kral TV-ni yalnız mobil əlavələrdə, habelə Kral Müzik YouTube Kanalında izləmək mümkün olacaq

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 08:57

Türkiyənin “Kral” televiziya kanalı bağlanır.

 

İnterAz Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə telekanalın “Twitter” səhifəsində yazılıb.

 

Bildirilir ki, telekanalın yayımı fevralın 1-dən dayandırılacaq.

 

Bundan sonra Kral TV-ni yalnız mobil əlavələrdə, habelə Kral Müzik YouTube Kanalında izləmək mümkün olacaq.