Əl-Qaidənin sabiq qanadı HTŞ İdlib əyalətinin bütününü nəzarətinə keçirib

HTŞ ilk mərhələdə Hələb əyalətinin qərbini digər rəqib radikal birləşmələrdən aldıqdan sonra İdlibdə döyüşlərə başlamışdı

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 09:34

Suriyanın şimalında İdlib əyalətində və Hələb əyalətinin qərbində radikal qruplaşmalar arasında 10 gündür sürən döyüşlərdən sonra əl-Qaidənin ölkədəki sabiq qolu hesab edilən “Heyət Təhrir-Şam” (digər adı ən-Nusra Cəbhəsi) İdlib əyalətinin bütününü nəzarətinə alıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, HTŞ ilk mərhələdə Hələb əyalətinin qərbini digər rəqib radikal birləşmələrdən aldıqdan sonra İdlibdə döyüşlərə başlamışdı.

 

Artıq İdlibdəki bütün radikal birləşmələr o cümlədən bir neçə qruplaşmanı özündə ehtiva edən, eyni zamanda Türkiyədən də intensiv dəstək alan “Cəbhəl Vətəniyyə” HTŞ-la anlaşma bağlayaraq nəzarətində olan əraziləri ikincinin ixtiyarına verib.

 

Anlaşmaya görə “Cəbhəl-Vətəniyyə” (sabiq Azad Suriya Ordusu, Heyət Təhrir-Şam, Nuriddin əz-Zinki və sair) Cəbəl-Zaviya, Məərrət-Numan və Əriha şəhərlərini HTŞ-in başçılıq etdiyi “Qurtuluş Hökuməti”nin nəzarətinə verir ki, bu da İdlib əyalətinin hamısının əl-Qaidənin sabiq qanadının nəzarətinə keçməsi deməkdir.

 

Qeyd edək ki, Rusiya ilə Türkiyə arasında ötən ilin oktyabrında əldə edilən razılaşmaya əsasən İdlib əyaləti və Hələb əyalətinin qərbində deskalasiya zonası təmin edilib. Məhz bu anlaşmadan sonra Suriya Ordusunun İdlib istiqamətdə əməliyyatı maneə ilə üzləşib. HTŞ-in əyalətin hamısını ələ keçirməsi Suriya Ordusunun əməliyyatını tezləşdirə bilər. 

CANLI YAYİM

Ən çox oxunan