Livan, ərazisinə edilən təcavüzə görə İsraildən BMT-yə şikayət edəcəyini bildirib

Livan mediası ötən gün məlumat verib ki, İsrail qüvvələri sərhəd zolağında qazıntı zamanı əraziyə beton panellər və bloklar yerləşdirən zaman onlardan 6-ı Livan ərazisinin daxilində yerləşdiriblər

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 11:00

Livanın Ali Müdafiə Şurası ötən gün toplantı keçirərək, Təhlükəsizlik Şurasına şikayət edəcəyini bildirib.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, ötən gün Livanın Ali Müdafiə Şurası ötən gün keçirdiyi toplantısında bildirib ki, İsrail bu ölkənin ərazisinə təcavüz edib.

 

Ötən gün Beyrutda keçirilən fövqəladə toplantıya prezident Mişel Aun da qatılıb. Toplantının yekun bəyanatında bildirilib ki, İsrail BMT-in 1701-ci qətnaməsini kobudcasına pozur. Bu bəyanatda sərhəd zolağında olan BMT sülhməramlılarından öz məsuliyyətlərinin tam şəkildə yerinə yetirilməsi və Livan səhədlərinin tam formada qorunması tələb edilib.

 

Livan mediası ötən gün məlumat verib ki, İsrail qüvvələri sərhəd zolağında qazıntı zamanı əraziyə beton panellər və bloklar yerləşdirən zaman onlardan 6-ı Livan ərazisinin daxilində yerləşdiriblər.

 

Qeyd edək ki, İsrail Livanın cənubunda işğal etdiyi əraziləri 2000-ci ildə Hizbullah-ın müqaviməti ilə boşaltmalı olub. Lakin Livanın "Məzare Şəba" dağlıq bölgəsi hələ də İsrailin işğalındadır.