Fransa hava yolları şirkəti Səudiyyə paytaxtına bütün uçuşlarını dayandırıb

Bu barədə “Air France” şirkəti bəyanat verib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 11:21

Fransa hava yolları şirkəti Səudiyyə Ərəbistanın paytaxtı ər-Riyada olan bütün uçuşlarını dayandırıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bu barədə “Air France” şirkəti bəyanat verib.

 

Bəyanatda bildirilib ki, “Air France” ər-Riyada olan birbaşa reyslərinin hamısını cari ilin fevral ayının birindən dayandıracaq və xəttin uçuşlarının təmin edilməsi üçün Səudiyyə Ərəbistanın hava yolları şirkəti ilə əməkdaşlıq ediləcək.

 

Bəyanatda sözügedən qərarın səbəbi kimi qeyd edilib ki, bu, Səudiyyə Ərəbistanı hava yolları şirkəti ilə əməkdaşlığa və iqtisadi göstəricilərə görədir."