BƏƏ-də bir sahibkarın hindistanlı fəhlələri qəfəsə salması qəzəblə qarşılanıb

BƏƏ-nin əş-Şariqa şəhərinin polisi bu şəxsin və onunla birgə görüntüləri çəkən şəxsin saxlanıldığını bildirib

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 11:42

Birləşmiş Ərəb Əmirliyində bu ölkənin vətəndaşı olan sahibkarlardan biri tabeliyindəki obyektdə işləyən hindistanlı müsəlman fəhlələrinə qarşı nalayiq rəftara yol verərək, onları heyvanların və quşların qəfəsinə salıb.

 

İnterAz SalamNews-a istinadən xəbər verir ki, hindistanlı fəhlələri heyvan qəfəsinə salan BƏƏ-li sahibkar Şariqa şəhəri polisi tərəfindən saxlanılıb.

 

Məlumata görə, nalayiq əmələ əl atan şəxs Asiya Futbol Çempionatı çərçivəsində BƏƏ ilə Hindistanın oyununa görə bu addımı atıb. BƏƏ-li sahibkar tabeliyində olan fəhlələri qəfəsə salaraq, Hindistan ya BƏƏ-ə azərkeşlik etdiklərini soruşub. Fəhlələr bir neçə dəfə Hindistan desələr də sonda sahibkarın şərindən qurtulmaq üçün BƏƏ-ə azərkeşlik etdiyini bildiriblər.

 

BƏƏ-nin əş-Şariqa şəhərinin polisi bu şəxsin və onunla birgə görüntüləri çəkən şəxsin saxlanıldığını bildirib.

 

Ölkədə ictimai, siyasi və hüquq fəalları belə bir əməlin özü də futbola görə həyata keçirilməsini kəskin pisləyib və oxşar əməllərin təkrarlanmaması üçün ciddi tədbirlərin görünməsini tələb ediblər.

 

CANLI YAYİM

Ən çox oxunan