İraqın əl-Qaim şəhərində partlayış törədilib – Ölənlər var

Terror aktı nəticəsində 2 nəfər həlak olub və 6 nəfər yaralanıb

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 12:24

İraq-Suriya sərhədində yerləşən əl-Qaim şəhərində bir minalanmış maşın partladılıb.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, hadisə bir minalanmış maşının bazarda partladılması ilə həyata keçirilib.

 

Terror aktı nəticəsində 2 nəfər həlak olub və 6 nəfər yaralanıb.

 

Qeyd edək ki, əl-Qaim şəhəri ötən il İŞİD-dən azad edilib.

 

Son aylarda İraqda xüsusilə də paytaxt Bağdadda terror aktları və partlayışların sayı nəzərə çarpacaq dərəcədə azalıb.

 

İŞİD nəzarətindəki bölgələrin azad edilməsi və terror təşkilatının şəhərlərdəki gizli otaqlarının aşkar edilməsindən sonra İraqda ictimai vəziyyət sabitliyə doğru getməyə başlayıb.