İndoneziyada ötən il 11,5 mindən çox zəlzələ baş verib

İdarənin məlumatına görə, 2017-ci ildə 7172 yeraltı təkan qeydə alınmışdısa, 2018-ci ildə bu rəqəm 11577 olub

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 13:08

İndoneziyada zəlzələlərin sayı 2018-ci ildə xeyli artıb və 11,5 mindən çox olub.

 

İnterAz RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Meteorologiya, Klimatologiya və Geofizika İdarəsindən (BMKG) bildirilib.

 

İdarənin məlumatına görə, 2017-ci ildə 7172 yeraltı təkan qeydə alınmışdısa, 2018-ci ildə bu rəqəm 11577 olub. Qeyd olunur ki, maqnitudası 5-dən çox olan zəlzələlərin sayı 297 olub.

 

Qeyd edək ki, 2018-ci ildə İndoneziyada baş verən təbii fəlakətlər nəticəsində ölənlərin və ya itkin düşənlərin sayı son 10 ildə ən yüksək həddə çatıb. Təbii fəlakətin nəticələrinin aradan qaldırılması üzrə Milli İdarənin nümayəndəsi Sutopo Purvo Nuqrohonun sözlərinə görə, ötən il ölənlərin sayı 4231 nəfər təşkil edib və bu rəqəm 2007-ci ildən bəri ölkədə qeydə alınmış ən yüksək göstəricidir.