Gürcüstanda “donuz qripi”ndən ölənlərin sayı 14-ə çatıb

Həkimlər deyib ki, həmin gənc xəstəxanaya gec müraciət edib

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 13:50

Gürcüstanın Kutaisi şəhərindəki tibb mərkəzlərindən birində 24 yaşlı gənc ağır qrip virusundan ölüb.

 

İnterAz-ın “Report”a istinadən verdiyi xəbərə görə, adı açıqlanmayın pasiyentin ölümünə səbəb “donuz qripi” adlandırılan A (H1N1) virusu səbəb olub.

 

Həkimlər deyib ki, həmin gənc xəstəxanaya gec müraciət edib.

 

Xatırladaq ki, bu günə qədər qonşu ölkədə “donuz qripi”ndən 13 nəfər ölüb.