Malaziya İsrail idmançılarını ölkədəki yarışlara buraxmayacağını bildirib

Bunu Malaziya baş naziri Mahatir Məhəmməd deyib

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 14:24

“Onların ölkəmizin ərazisinə daxil olmasına imkan vermərik. Əgər İsrail idmançıları çempionatlara qatılmağa israrlıdırlarsa bilsinlər ki, bu səhv addımdır.”

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu Malaziya baş naziri Mahatir Məhəmməd deyib.

 

Ötən gün keçirilən mətbuat konfransında Malaziya baş naziri bildirib ki, İsrail idmançılarına viza verilməyəcək.

 

Malaziya baş naziri cari ilin iyulunda üzgüçülük üzrə keçiriləcək beynəlxalq turnirin təşkilatçılarına da xəbərdarlıq edib və İsrail idmançılarına görə bu beynəlxalq turnirin Malaziyadan alınmasının onlar üçün bir əhəmiyyət kəsb etmədiyini bildirib.