Məşhəd yolunda avtoqəza nəticəsində 8 nəfər həyatını itirib

Avtoqəzanın şiddətindən 8 sərnişin yerindəcə həlak olub

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 15:36

Ötən gecə Məşhəd yolunda baş verən şiddətli avtoqəza nəticəsində 8 nəfər həyatını itirib.

 

İnterAz-ın SalamNews-a istinadən məlumatına görə, ötən gecə Məşhəd yolunda bir yüngül minik maşını yük maşını ilə toqquşub.

 

Avtoqəzanın şiddətindən 8 sərnişin yerindəcə həlak olub.

 

Hadisənin səbəbləri aidiyyatı qurumlar tərəfindən araşdırılır.

 

Qeyd edək ki, İran avtoqəzaların çox baş verdiyi ölkələrdən biridir. Tətil günlərində insanların səfərə daha çox çıxması ilə bu qəzaların sayı artır.

 

İranın Tibbi Ekspertiza Təşkilatı ötən həftə verdiyi statistikada bəyan edib ki, son 8 ayda avtoqəzalar nəticəsində 12,261 şəxs həyatını itirib ki bu rəqəm ötən illə müqayisədə 9 faiz artım deməkdir. Bu hesabata əsasən 12,261 nəfərdən 9,587 nəfər kişi, 2,674-ü isə qadın olub.