ABŞ İrana qarşı mübarizə məqsədilə beynəlxalq zirvə toplantısı keçirir

Bu zirvə toplantısı Yaxın Şərqdə sabitliyin qorunması, burada sülhün, azadlığın və təhlükəsizliyin təmininə həmçinin İranın bölgədə sabitliyi pozan addımlarına köklənəcək

interaz, azərbaycan, xəbərlər

Bakı, Gülnarә Quliyeva, İnteraz - 11 Yanvar 2019, 16:34

Amerika gələn ay Polşada İranla mübarizə istiqamətində zirvə toplantısı keçirəcək.

 

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Mayk Pompeo FoxNews-a müsahibəsində deyib.

 

M.Pompeo verdiyi müsahibədə bildirib ki, ABŞ Yaxın Şərqlə xüsusilə də İranla bağlı gələn ayın 13 və 14 - də Polşada beynəlxalq zirvə toplantısı təşkil edəcək.

 

“Bu zirvə toplantısı Yaxın Şərqdə sabitliyin qorunması, burada sülhün, azadlığın və təhlükəsizliyin təmininə həmçinin İranın bölgədə sabitliyi pozan addımlarına köklənəcək.” 

 

Qeyd edək ki, Mayk Pompeo hazırda Yaxın Şərqdə səfərdədir, O bu səfəri əsnasında 8 ərəb ölkəsinə baş çəkəcək. Pompeo ötən gün Qahirə səfərində çıxışının əsas qismini İranın tənqidinə sərf edib. O bu çıxışında bildirib ki, ABŞ İrana imkan verməyəcək ki, müttəfiqi İsrail və sairləri üçün təhlükə yaratsın.